Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rühəngiz Allahverdiyeva: “Yeni evimi təmir etməyə pulum yoxdur” – VİDEO

Rühəngiz Allahverdiyeva: “Yeni evimi təmir etməyə pulum yoxdur” – VİDEO

Tarix: 24 Aprel 2023 21:05

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rühəngiz Allahverdiyeva özünə yeni ev alıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində bildirib ki, maddi vəziyyəti aşağı olduğundan aldığı yeni mənzilini təmir edə bilmir. 

"Özüm, öz zəhmətimlə yeni ev almışam. Müəyyən təmir işləri qalıb, pulum olmadığından edə bilmirəm", - deyə Rühəngiz söyləyib. 

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində mənzil problemini bu sözlərlə dilə gətirmişdi: 

"Mən küçədə deyiləm, evim var. Sadəcə balacadır, iki otaqlıdır, kvadratı azdır. Bir sənət adamı üçün belə darısqal evdə yaşamaq çox çətindir. Mənim çoxlu sayda geyimlərim, aksesuarlarım var. Onları da bu balaca evə sığdırmaq çox çətindir. Hansı müğənni mənim kimi belə bir evdə yaşayır? Heç kim... Məndən qat-qat gözəl evlərdə yaşayırlar. 100 qat artıq olsun. Heç kimin də nə malında, nə də ailəsində gözüm var. Aza qane olan insanam".

Milli.Az


Etiketlər:  Rühəngiz Allahverdiyeva Yeni evimi təmir etməyə pulum yoxdur VİDEO


RƏYLƏR