Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayanın yaşadığı bina çökə bilər - Bu məsələyə ciddi yanaşmalıdır - VİDEO

Ayanın yaşadığı bina çökə bilər - Bu məsələyə ciddi yanaşmalıdır - VİDEO

Tarix: 25 Aprel 2023 13:55

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.  

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Nəriman Nərimanov rayonu ərazisində yerləşən evinin parkinqinin su ilə dolduğunu, amma bu barədə tədbir görülmədiyini qeyd edib.

O, video paylaşaraq çoxmərtəbəli binanın çökmə təhlükəsi ilə üz-üzə gəldiyini açıqlayıb:

"Bura yaşadığımız binanın qarajıdır. Hazırda suyu bir az yığıblar. İki aydır belədir. Bu qədər məsuliyyətsizlik olar? Aidiyyatı orqanlar maraqlanmalıdır.  Bu suyu analiz ediblər, təbii Şollar suyudur.  Binanın çökməsinə səbəb olacaq.

Gəlib vannalarla suyu doldurub boşaldırlar. Cəmi bir dəfə problemi aradan qaldırmağa çalışıblar.  Binanın arxa hissəsi çökmə təhlükəsi ilə üz-üzədir. Orada Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı da var. Bu məsələyə ciddi yanaşmalıdır". 

Milli.Az


Etiketlər:  Ayanın yaşadığı bina çökə bilər Bu məsələyə ciddi yanaşmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ