Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA prezidenti Qırğızıstana rəsmi səfər edəcək

FİFA prezidenti Qırğızıstana rəsmi səfər edəcək

Tarix: 25 Aprel 2023 16:26

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino may ayının 4-ü Qırğızıstana rəsmi səfər edəcək.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, səfər çərçivəsində İnfantino Qırğızıstanın prezidenti Sadır Japarovla görüşəcək.

Görüş zamanı rəhbərlər ölkənin futbolun infrastrukturunun yaxşılaşdırılmasına və yerli futbolun inkişafına FİFA-nın verə biləcəyi dəstəkləri də müzakirə edəcəklər.

Qeyd edək ki, səfər çərçivəsində İnfantinoun Qırğızıstan Futbol İttifaqının "FIFA Forward" layihəsi çərçivəsində inşa edilən yeni inzibati ofisinin açılışında iştirak etməsidə gözlənilir.

Xatırladaq ki, İnfantino may ayının 3-də Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulovun dəvəti ilə ölkənin paytaxtı Astanaya rəsmi səfər edəcək.


Etiketlər:  FİFA prezidenti Qırğızıstana rəsmi səfər edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ