Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin sabiq üzvləri futboldan ömürlük kənarlaşdırıldı

Millimizin sabiq üzvləri futboldan ömürlük kənarlaşdırıldı

Tarix: 26 Aprel 2023 22:28

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük kənarlaşdırılıblar.

Milli.Az "report"a istinadən bildirir ki, buna sözügedən futbolçuların danışılmış oyunların təşkilində iştirakı səbəb olub.

İddiaya görə, hazırda "Yesentuki" komandasında çıxış edən qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut" (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya ediblər.

Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.

Qeyd edək ki, Ziyadxan Məmmədov 2013-2015-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında, Qvanzav Maqomedov isə U-21 millisində çıxış edib. 28 yaşlı qolkiper müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib. 29 yaşlı veteran müdafiəçi isə "Şahdağ", "Zirə", AZAL, "Bakı", "Səbail", "Sabah" və "Sumqayıt"ın şərəfini qoruyub.

Milli.Az


Etiketlər:  Millimizin sabiq üzvləri futboldan ömürlük kənarlaşdırıldı


RƏYLƏR