Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu sevgilisindən ayrılır?

Ronaldu sevgilisindən ayrılır?

Tarix: 26 Aprel 2023 22:38

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştianu Ronaldu meydanda və meydandan kənarda problemlər yaşayır.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Məlumata görə, 38 yaşlı futbolçunun sevgilisi Corcina Rodriqezlə münasibətləri pisləşib. İddiaya görə, 8 ildir birlikdə olan cütlük ayrılmaq üzrədir. 

Əgər ayrılıq reallaşarsa, "Əl-Nəsr"in oyunçusu Corcinaya 350 milyon avro ödəyə bilər. Bu məbləğ forvardın sərvətinin 35 faizi deməkdir. 

Daha əvvəl də Ronaldu öz açıqlamasında Corcinanın çox pul xərcləməyinə, tez-tez alış-veriş etməyinə əsəbiləşdiyini bildirmişdi.

Qeyd edək ki, Ronaldunun 5 övladından 2-sinin anası Corcinadır. 

Milli.Az


Etiketlər:  Ronaldu sevgilisindən ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ