Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstan millisində yeni baş məşqçi

Bolqarıstan millisində yeni baş məşqçi

Tarix: 21 Oktyabr 2019 17:16

Bolqarıstan millisinin yeni baş məşqçisi məlum olub.

Qol.az xəbər verir ki, yığma Georgi Dermenciyevə tapşırılacaq. Bunu Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov yerli mətbuata açıqlamasında deyib.

O, Georgi ilə razılığa gəldiklərini və yaxın zamanda təyinatı rəsmən açıqlayacaqlarını bildirib.
Son olaraq “Levski”ni (Sofiya) çalışdıran  64 yaşlı mütəxəssis hazırda işsizdir.

Qeyd edək ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin üzvüdür.
 


Etiketlər:  Bolqarıstan millisində yeni baş məşqçi


RƏYLƏR