Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“33 il əvvəl belə qərar verilib...” - FOTO

“33 il əvvəl belə qərar verilib...” - FOTO

Tarix: 28 Aprel 2023 04:10

Məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç "Pole Çudes" şou-proqramının iştirakçıları üçün tapşırıqları kimin hazırladığı barədə danışıb.  

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Yakuboviçin sözlərinə görə, onun özü üçün bu sirdir. "33 il əvvəl bunun belə olmasına qərar verilib", - deyə o bildirib.

Yakuboviç qeyd edib ki, tapşırıqlar iki redaktor tərəfindən hazırlanır və proqramın başlamasına bir dəqiqə qalmış teleaparıcıya gətirilir.

"Mən artıq studiyada olanda tapşırıqlar mənim önümdəki zərfin içində olur və o zaman açılır", - deyə o əlavə edib.

"Mən yalnız xüsusi layihə hazırlanarkən tapşırıq mövzularının seçilməsi ilə bağlı tövsiyə verə bilərəm. Məsələn, biz hansısa müəssisə, hansısa respublika, hətta bir dövlətlə oynadığımız zaman bu mümkün ola bilər", - deyə o vurğulayıb.


Etiketlər:  əvvəl belə qərar verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ