Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə nüvə enerjisinə malik ölkə olacaq - Rusiya prezidenti

Türkiyə nüvə enerjisinə malik ölkə olacaq - Rusiya prezidenti

Tarix: 28 Aprel 2023 10:20

Türkiyə öz nüvə sənayesini yaradaraq artıq dünyanın ən sərfəli resurslarından biri olan nüvə enerjisinə malik ölkə olacaq,

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimi ilə bağlı qatıldığı videokonfransda bildirib.

Prezident onu da qeyd edib ki, Türkiyə-Rusiya tarixinin ən böyük ortaq layihələrindən biri olan Akkuyu AES iki ölkə arasında qonşuluq münasibətlərini daha da gücləndirəcək.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Milli.Az


Etiketlər:  Türkiyə nüvə enerjisinə malik ölkə olacaq Rusiya prezidenti


RƏYLƏR