Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 12:00
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Sonxeber.net bildirir ki, 45 dəqiqə davam edən mübarizədə "Prema Racing"dən Oliver Bearman bütün rəqiblərini qabaqlayıb.
"Hitech" komandasından İsak Hacar ikinci olub. İlk "üç-lüy"ü "Campos Rasing"dən Kuş Maini tamamlayıb.
Qeyd edək ki, bu gün, həmçinin, ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.