Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 20:14
Naxçıvana yanacaq daşıyan sürücülərin xərcləri azaldılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Yerüstü Nəqliyyat Agentliyinin Yükdaşımalar Departamentinin direktoru Sübhan Əbilov verib.
Onun sözlərinə görə, qarşılıqlı razılaşma ilə bu aydan İranın Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləğində güzəştlər tətbiq edilir.
Yəni, ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan yox, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləğində də güzəştlər edilib. Əvvələr daşıyıcılar 105 dollar ödəyirdisə, bu razılaşmadan sonra məbləğ 80 dollara endirilib.
Qeyd edək ki, İrandan keçməklə Naxçıvana və əks istitamətdə gün boyu 100-200 arası nəqliyyat vasitəsi keçir. Verginin azaldılmasının daşınan yüklərin artmasına gətirib çıxaracağı ehtimal edilır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: