Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 22:18
Türkiyədə 26 yaşlı oğlan baldızına mesaj yazan şəxslə dava edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Həmdullah.G. sosial şəbəkədə baldızına mesaj göndərdiyi iddiası ilə Adem E. ilə mübahisə edib. Mübahisə zamanı Həmdullah G. tapançadan atəş açıb. Daha sonra isə Adem E.nin əmisi oğlu Cəlal E. evdən gətirdiyi ov tüfəngi ilə Həmdullah G.yə atəş açıb.
Həmdullah G. hadisə yerində ölüb. Digərləri isə saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.