Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2023 12:42
Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil.
Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə CNN yazıb.
Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir.
"Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı", - CNN yazıb.
"Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər", - mətbu orqan əlavə edib.