Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 18:00
Müğənni Türkan Vəlizadənin səhhətində problem yaranıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında məlumat verib. O, paylaşdığı videoda çiyələkdən bədən və üzündə ciddi şişkinliklərin yarandığını bildirib:
"İki gün əvvəl çiyələk yemişik. Gün ərzində çox çiyələk yeyirəm. Amma üzümüz, bədənimiz şişlə doludur. Demək istəyirəm ki, evdə kiçik yaşlı uşaqlar varsa, çiyələk yeməyin. Məsləhət deyil. Yemək istəyirsinizsə, birinci sirkəli su ilə yuyun".