Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 19:48
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 18-nə qədər uzadılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Rada bununla bağlı təklifi qəbul edib.
Ukraynalı deputat Yaroslav Jeleznyakın sözlərinə görə, bu, ölkədə müharibə başlayandan bu günə qədər hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı parlamentdə keçirilən 7-ci səsvermədir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə səfərbərlik və hərbi vəziyyətin uzadılması təklifini təqdim edib.