Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2023 23:40
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti İsrail səfərində gözlənilməz sualdan şoka düşüb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Qüdsdə keçirilən mətbuat konfransında Rusiyanın "RİA Novosti" agentliyini jurnalisti Vyaçeslav Tartakovski ABŞ rəsmisinə bu sualı ünvanlayıb:
"Biz bilirik ki, siz Ukraynaya indiki məhdudiyyətsiz silah tədarükünü dəstəkləmirsiniz. ABŞ-ın bununla bağlı siyasətinin yaxın gələcəkdə dəyişməsi mümkündürmü?"
Kevin Makkarti rus jurnalistin bu sualından çaşqınlığını gizlətməyib, hətta olduqca qəzəblənib.
O, Ukraynaya yardımı dəstəklədiyini, Rusiyanın Ukraynaya etdiklərini, o cümlədən uşaqların və mülki şəxslərin öldürməsini qınadığını bildirib.
"Düşünürəm ki, siz ordunuzu dərhal Ukraynadan geri çəkməlisiniz", - deyə Makkarti əlavə edib.
Qeyd edək ki, Makkarti həqiqətən də, nitqlərinin birində "Ukraynanı qarşılıqsız çek ödəməyəcəyini" deyib. Lakin onun "Ukraynanı dəstəkləmədiyini və ABŞ-ın Ukraynaya yardım etməsinə qarşı olduğunu" deməsi" Vyaçeslav Tartakovsikinin fantaziyasının məhsuulu kimi qiymətləndirilib.