Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 23:27
Duş qəbul etmək bəzi insanlar üçün sadəcə təmizlik işi olsa da, əksəriyyətimiz üçün böyük zövqdür.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, duş qəbul edərkən bəzi vərdişlər dəriyə zərər verir.
1. Çox isti suda çimmək
Çox isti suda çimmək dərinizə yaxşı deyil. İsti su əvəzinə ilıq su ilə duş qəbul edin.
2. Uzun müddət duşda qalmaq
Kiçik ikən hamamdan çıxanda əllərinizin qırışmış görünüşü çox gülməli və əyləncəli idi, amma o qırışlı görüntü əslində dərinizin nəmini itirməsi deməkdir. Buna görə çox uzun müddət duş qəbul etməyin.
3. Dərinizi nəmləndirməmək
Dərinizin növündən asılı olmayaraq, duş qəbul etdikdən sonra bədəninizin nəmə ehtiyacı var. Hər duşdan sonra bədəninizi dəri tipinizə uyğun nəmləndirici ilə nəmləndirin.
4. Duş qəbul edərkən üzü yumaq
Vaxta qənaət kimi görünsə də, duş qəbul edərkən istifadə etdiyiniz suyun temperaturu üzünüzü yumaq üçün ideal su temperaturu deyil. Uzun müddət buxar və istiyə məruz qaldığı üçün üzünüz çox həssas olacaq və dərinizdə qıcıqlanmaya səbəb ola bilər.
5. Saçlarınızı hər gün yumaq
Saçlarımızın da bədənimiz qədər nəmə ehtiyacı var. Əgər saçınızı hər gün yusanız, saçlarınız nəmini itirəcək. Xüsusilə isti yay günlərində hər gün, bəzən gündə bir neçə dəfə duş qəbul etmək ehtiyacı hiss edə bilərik, amma hər dəfə saçlarımızı yumamalıyıq.