Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır

Prezident: Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır

Tarix: 4 May 2023 00:09

Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında söyləyib.

Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduğumuzu deyən dövlətimizin başçısı bildirib: "Keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər".

Prezident İlham Əliyev, həmçinin deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Prezident Razılığa gəlmək üçün yaxşı Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ