Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq

İlham Əliyev: Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq

Tarix: 4 May 2023 00:12

Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında deyib.

Albaniyanın tranzit ölkəsi olmasına baxmayaraq, qazpaylayıcı şəbəkəyə malik olmadığını bildirən dövlətimizin başçısı deyib: "Biz həmin şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər. Bu, hələ yekun deyil".


Etiketlər:  İlham Əliyev Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ