Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 12:22
Yaponiya dənizi sahilində Honsyu adasının mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölkənin meteorologiya idarəsi bildirib ki, sunami təhlükəsi yoxdur, lakin zəlzələ sahil boyu su səviyyəsində kiçik dəyişikliklərə səbəb ola bilər.
Yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında olub. Zəlzələ ocağı təxminən 10 km dərinlikdə yerləşib. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanları Niiqata da daxil olmaqla Yapon dənizi sahillərindəki bir neçə prefekturanın sakinləri də hiss ediblər.
Baş verənlərlə əlaqədar Yaponiyanın Baş naziri Fumio Kişidanın ofisində İşikavada zəlzələ ətrafında vəziyyətin monitorinqi və onun mümkün nəticələrinin aradan qaldırılması üçün tədbirlərin hazırlanması məqsədi ilə mərkəz fəaliyyətə başlayıb.