Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 15:54
Dağlar qoynunda yerləşın Laçın şəhəri 30 ilə yaxın düşmən əsarətində qalsa da, əzəmətini itirmədi və öz doğma sahiblərini gözlədi. İndi azad Laçın gündən-günə gözəlləşir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Laçında aparılan tikinti-bərpa işləri sürətlə davam edir. Şəhərin işıqlandırılması da xüsusi nəzarətdə saxlanılır. Şəhərdaxili yolların, məhəllələrin çil-çırağı Laçının gecələrinə işıq saçır. Şəhərin yollarına yüksək nöqtədən nəzər saldıqda, sanki qızılı rəngə boyanmış çay təsvir olunub.