Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2023 14:08
Xətai rayonu ərazisində naməlum səbəbdən qurumuş ağaclar hər an aşmaq təhlükəsi ilə üz - üzədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət rayonun İlqar Zülfüqarov küçəsindəki ağaclardan gedir.
Məktəb və bağçalarla əhatə olunmuş bu yolun kənarındakı ağaclar quruduğundan ətrafa təhlükə saçır.
Bu təhlükə ilə üz-üzə qalanlar həm də qarşıdakı binaların sakinləridir. Onlar bildirir ki, yoldan böyüklərdən daha çox uşaqlar istifadə edir.
Ağacların hazırkı durumu ilə bağlı sakinlər avtomobilləri üçün park yeri tapmaqda da çətinlik çəkirlər.
Ərazidəki vəziyyətlə bağlı nə Xətai Rayon İcra Hakimiyyəti, nə də rayon bələdiyyəsi suallarımıza cavab verdi.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov isə dedi ki, sözügedən ağacların kəsilməsi üçün sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidilər. Nazirliyin verəcəyi rəydən sonra qrurumuş ağacların ərazidən götürülməsi işinə baxıla bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: