Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO

Şəkidə taxıl sahələri məhv olmaq üzrədir - VİDEO

Tarix: 10 May 2023 14:52

Şəkidə dəmyə üsulu ilə əkilən taxıl sahələri məhv olmaq üzrədir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, səbəb yağıntının az olmasıdır.

Şəkinin Çayqaraqoyunlu və ətraf kəndlərində yüzlərlə hektar səhədə taxıl bitkiləri quruyaraq məhv olmaq üzrədir.

Fermerlərin sözlərinə görə, keyfiyyətli toxumdan istifadə ediblər. Bütün aqrotexniki qaydalara əməl olunub. Qış aylarında yaşanan quraqlıq, xüsusilə küləkli günlərin çox olması səbəbindən taxıl sahələri yararsız hala düşüb.

Fermerlər deyirlər ki, bənzər vəziyyət 5 kənddə 50 min hektara yaxın sahədə müşahidə edilir.

Məsələ ilə bağlı Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, havalar həddən çox quraq və yağmursuz keçdiyinə görə əkilən taxılın böyük hissəsi  məhv olub. Müraciətlərdən sonra Mərkəzin mütəxəssisləri həmin ərazilərdə monitorinqlərə başlayıb. Nəticəsi barədə fermerlərə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəkidə taxıl sahələri məhv olmaq üzrədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ