Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Sarayının kollektivi Ümummilli Liderin xatirəsini yad edib - FOTO

Heydər Əliyev Sarayının kollektivi Ümummilli Liderin xatirəsini yad edib - FOTO

Tarix: 10 May 2023 19:24

Heydər Əliyev Sarayının  kollektivi Ümummilli Liderin xatirəsini yad edib. 

Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 10 may 2023-cü il anadan olmasının 100-cü ildönümü tamam olur. 

Bu münasibətlə Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Ulu Öndərin məzarını ziyarət edib və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Milli.Az


Etiketlər:  Heydər Əliyev Sarayının kollektivi Ümummilli Liderin xatirəsini yad edib FOTO


RƏYLƏR