Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2023 10:14
Vətən müharibəsi qazisi Bakıxan Babayev vəfat edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, B.Babayev müharibədən sonra xərçəng xəstəliyinə tutulub. Bakıxan uzun müddət Bakıda və İstanbulda müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb. O, Azərbaycana gətirildikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, qazi Bahçeşehir Universitetində magistr təhsili alırdı.
Allah rəhmət eləsin!