Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisa həbs edildi - FOTO

Aktrisa həbs edildi - FOTO

Tarix: 12 May 2023 17:25

"Oskar" mükafatlı aktrisa, 76 yaşlı Syuzan Sarandon Nyu-Yorkda keçirilən etiraz aksiyasında saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sarandon Kapitolidə keçirilən restoran işçilərinin minimum əməkhaqqının artırılması ilə bağlı etiraz aksiyasında iştirak edib. Restoran işçiləri minimum əməkhaqqının saatda 17 dollara qədər artırılması üzrə yeni ştat qanunvericiliyinə daxil edilməyiblər.

"Onlar (restoran işçiləri) çox önəmli insanlardır və onlara ləyaqətlə yanaşılmalıdır. Həm də təkcə gördükləri ağır işə görə deyil", - deyə Syuzan Sarandon mitinqdə ictimaiyyət qarşısında çıxış edərkən qeyd edib.

Aktrisa "Vahid ədalətli maaş" təşkilatının saxlanılan səkkiz fəalı arasında olub. Ona və tərəfdaşlarına cərimə tətbiq olunduqdan sonra sərbəst buraxılıblar.

Milli.Az


Etiketlər:  Aktrisa həbs edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ