Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Monteneqronun İslam İcmasının sədri İlham Əliyevə məktub ünvanlayıb

Monteneqronun İslam İcmasının sədri İlham Əliyevə məktub ünvanlayıb

Tarix: 12 May 2023 19:06

Monteneqronun İslam İcmasının sədri Rifat Fejziç Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Qəlbimizdə xüsusi yeri olan dost və qardaş ölkə can Azərbaycanın sevinci, xoşbəxtliyi, firavanlığı və əmin-amanlığı bizdə böyük qürur hissi doğurur. Güclü və qüdrətli Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi və bu ilin "Heydər Əliyev İli" elan edilməsi münasibətilə Zati-alinizə və əziz Azərbaycan xalqına dərin ehtiram və təbriklərimi çatdırmaq istəyirəm.

Möhtərəm Prezident, Qarabağı böyük Zəfərlə işğaldan azad etməyiniz hər şeydən əvvəl ona görə təqdirəlayiqdir ki, həmin müqəddəs torpaqların işğaldan azad olunmasını Ümummilli Lider Heydər Əliyev Sizə vəsiyyət etmişdi. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz, yüksək liderlik keyfiyyətlərinizlə o müqəddəs torpaqları azad etdiniz, həm də can Azərbaycanı dünyanın parlayan ulduzuna çevirdiniz.

Monteneqronun müsəlman əhalisinin və digər millətlərin nümayəndələrinin Azərbaycanı sevdiyini və dəstəklədiyini bütün qəlbimlə bildirmək istərdim. Azərbaycan ilə Monteneqronun çox yaxşı diplomatik və gözəl dostluq münasibətlərindən qürur hissi duyuruq.

Allah dostluğumuzu və sevgimizi daimi etsin".

Milli.Az


Etiketlər:  Monteneqronun İslam İcmasının sədri İlham Əliyevə məktub ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ