Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi anasına göziçi linza implantasiyası həyata keçirilib

Qazi anasına göziçi linza implantasiyası həyata keçirilib

Tarix: 12 May 2023 19:56

İmişli rayon sakini, Vətən müharibəsi qazisi Xəqani Həbiblinin anası Gözəl Həbibova uzun müddətdir ki, əziyyət çəkdiyi sağ gözün katarakta şikayəti ilə TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edib.

Xəstəxanadan verilən məlumata görə, Gözəl Həbibova xəstəxananın Oftalmologiya şöbəsinin həkimləri Leyla Babayeva və Rasim Orucov tərəfindən müayinə edilib, ona fəsadlı katarakta diaqnozu qoyulub. Xəstəyə katarakta əməliyyatı və göziçi linza implantasiyası həyata keçirilib. Qazi anası ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımova, Oftalmologiya şöbəsinin həkimləri Leyla Babayevaya və Rasim Orucova minnətdarlığını bildirib.

Qeyd edək ki, Xəqani Həbibli 44 günlük Vətən müharibəsi dövründə Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.


Etiketlər:  Qazi anasına göziçi linza implantasiyası həyata keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ