Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Övladlarını 1-ci sinifə qeydiyyata keçirə bilməyənlər izləsin... - VIDEO

Övladlarını 1-ci sinifə qeydiyyata keçirə bilməyənlər izləsin... - VIDEO

Tarix: 13 May 2023 14:04

Birinci siniflərə elektron sənəd qəbulu ilə əlaqədar problem yaşayanlar üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 2023-2024-cü dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar problem yaşayanlar Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müraciət edənlər özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlardır.

Alternativ qeydiyyat mərkəzlərinin nümayəndələri bildirdi ki, onlara gün ərzində 7-10 vətəndaş müraciət edir.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 136, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 129, Nərimanov rayonu üzrə 82, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 76, 114, 279, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288, Sabunçu rayonu üzrə 74, 128, 130, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, Pirallahı rayonu üzrə isə 235 nömrəli tam orta məktəblərində fəaliyyət göstərir. Vətəndaşlar Alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Övladlarını 1 ci sinifə qeydiyyata keçirə bilməyənlər izləsin VIDEO


RƏYLƏR