Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk futbolunda maraqlı olay - Baş məşqçi 2 qol vurdu + Video

Türk futbolunda maraqlı olay - Baş məşqçi 2 qol vurdu + Video

Tarix: 22 Oktyabr 2019 17:00

Türkiyə 1-ci liqasında mübarizə aparan "Karamgümrük"un həm baş məşqçisi, həm də kapitanı olan Erkan Zəngin komandasına qələbə qazandırıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, daha əvvəl "Beşiktaş", "Trabzonspor" kimi komandalarda çıxış edən İsveç millisinin sabiq üzvü çempionatın 8-ci turunda "Osmanlıspor"la oyunda 2 qol vurub. Bununla da, o,  baş məşqçi kimi yeni təyin olunduğu klubu ilə birinci matçında ilk qələbəsini qazanıb.

Meydana əsas heyətdə çıxan 34 yaşlı hücumçu 2 qol vurduqdan sonra - 81-ci dəqiqədə özünü əvəzlədərək, alqışlarla meydanı tərk edib..

Qeyd edək ki, ötən ildən "Karamgümrük"də çıxış edən E. Zəngin bir neçə gün öncə həm də komandanın baş məşqçisi təyin olunub.


 


Etiketlər:  Türk futbolunda maraqlı olay Baş məşqçi vurdu Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ