Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkəmizdə səsvermə prosesi demokratik şəkildə tamamlanıb - Ərdoğan

Ölkəmizdə səsvermə prosesi demokratik şəkildə tamamlanıb - Ərdoğan

Tarix: 14 May 2023 18:30

Ölkəmizdə səsvermə prosesi demokratik şəkildə tamamlanıb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi tüitter hesabındaki paylaşımda bildirib.

"Artıq sandıqdakı nəticələri gözləmək vaxtıdır" - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə keçirilən parlament və prezident seçkiləri yerli vaxtla saat 17:00-da sona çatıb.

Xatırladaq ki, səsvermə yerli vaxtla bugün saat 08:00-da başlayıb. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs veriblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 75 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.

Milli.Az


Etiketlər:  Ölkəmizdə səsvermə prosesi demokratik şəkildə tamamlanıb Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ