Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2023 19:26
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağına dair verdiyi sözə şübhə ilə yanaşıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Trampın vaxtilə müharibəni dayandırmaq şansının olduğunu və bu məsələni həll etmədiyini bildirib.
Zelenski xatırladıb ki, Trampın prezidentliyi dövründə hər hansı genişmiqyaslı işğal olmayıb, amma müharibə artıq gedirdi:
"Rusiyanın təcavüzü artıq baş verib, Krım işğal olunub, Donbasın bir hissəsi işğal edilib. Onun bu məsələ ilə dərindən məşğul olub-olmadığına əmin deyiləm, amma buna baxmayaraq, o, problemi həll etməyib. Onun üçün prioritet olduğuna əmin deyiləm. Mən onu heç nəyə görə qınamıram. Amma bizdə faktlar var. Biz isə onlara baxmalıyıq".