Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İran Rusiyanın ən böyük hərbi dəstəkçisi olaraq qalır”

“İran Rusiyanın ən böyük hərbi dəstəkçisi olaraq qalır”

Tarix: 15 May 2023 23:56

"İran Rusiyanın ən böyük hərbi dəstəkçisi olmağa davam edir".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Kirbi avqust ayından bəri İranın Rusiyaya əsasən "Şahid" tipli 400-dən çox PUA tədarük etdiyini bildirərək, Moskvanın bu İHA-ların əksəriyyətini Ukraynanın kritik infrastrukturlarını hədəf almaq üçün istifadə etdiyini iddia edib.

Rusiyanın İrana raket, elektronika və hava hücumundan müdafiə dəstəyi verdiyini deyən Kirbi Tehranın Moskvadan milyardlarla dollar dəyərində hərbi texnika dəstəyi almaq istədiyini bildirib.

Milli.Az


Etiketlər:  İran Rusiyanın ən böyük hərbi dəstəkçisi olaraq qalır


RƏYLƏR