Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənni konsertin ortasında mühafizəçiyə acıqlandı: “Ey, dayan...” - VİDEO - FOTO

Müğənni konsertin ortasında mühafizəçiyə acıqlandı: “Ey, dayan...” - VİDEO - FOTO

Tarix: 16 May 2023 11:55

Məşhur müğənni Teylor Svift Filadelfiyada konserti zamanı mahnısının ortasında mühafizəçiyə acıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, o, bunu təhlükəsizlik nümayəndəsinin pərəstişkara qarşı aqressiv davranışına görə edib.

"Ey, dayan! O, heç nə etmədi!", - deyə Svift mahnının düz ortasında acıqlanıb. Bundan sonra o, digər tamaşaçılarına qızın yaxşı olduğunu xəbər verib.

Sviftin sosial şəbəkədəki çıxışından sonra daha bir neçə fanat eyni mühafizəçinin aqressiv davranışı ilə qarşılaşdığını etiraf edib. Onların sözlərinə görə, həmin şəxs ifaçının konsertindən həzz almalarına mane olub. Bəzi fanatlar isə mühafizəçinin onları itələdiyini iddia ediblər.

Milli.Az


Etiketlər:  Müğənni konsertin ortasında mühafizəçiyə acıqlandı Ey dayan VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ