Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Birinci siniflərə qəbul üçün məktəb seçimi prosesi başlayıb - VİDEO

Birinci siniflərə qəbul üçün məktəb seçimi prosesi başlayıb - VİDEO

Tarix: 16 May 2023 13:40

Bu gündən etibarən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üçün sorğuların yerləşdirilməsi (məktəb seçimi) prosesi başlayıb. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,valideynlər şəxsi kabinetlərinə daxil olaraq övladları üçün məktəb seçimi edə bilərlər.

İndiyədək 95 mindən çox uşaq qeydiyyatdan keçirilib, təhsil müəssisələrinə sorğu yerləşdirilib.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Gülüstan Cəfərova bildirib ki, məktəb seçimində bir sıra kriteriyalar nəzərə alınmalıdır.

Qeyd edək ki, qeydiyyat mayın 31-dək davam edəcək. Həmçinin mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Birinci siniflərə qəbul üçün məktəb seçimi prosesi başlayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ