Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 12:04
Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirsəydi, bundan udardı.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.
Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanında ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır.
Lavrov ölkəsinin ABŞ-ın Ermənistana "rusları öz ərazisindən qovmaq" və təhlükəsizliyə kömək etmək təklifini açıq təxribat kimi qiymətləndirdiyini söyləyib.