Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü

Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü

Tarix: 17 May 2023 14:20

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 200 590 hərbçisi məhv edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.

Müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3771 tank, 7 365 zirehli maşın, 2 748 operativ-taktiki PUA, 3166 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 318 hava hücumundan müdafiə sistemi, 982 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 067 avtomobil və tanker, 417 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az


Etiketlər:  Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü


RƏYLƏR