Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 16:45
Stilist Anar Ağakişiyev qonaq kimi qatıldığı şou - proqramlardan birində yaxın dostları olan müğənni bacılar Sevil-Sevinc barəsində danışıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o bildirib ki, əgər bacılar indidən sənət yollarını ayırmasalar gələcəkdə qarımış qızlara çevrilib, uğursuz qarılar olacaqlar.
"Onlardan biri lirik janrda ifa etməyi sevir, digəri estrada. Ərə də getmirlər ki, bir-birlərindən ayrılalar. Sənət yollarını ayırmalıdırlar",- deyə o bildirib.
Müğənni bacılar isə 5 ildən sonra müğənnilik etmək arzusunda olmadıqlarını bildiriblər. "Mən özümü bu sahədə görmürəm", - deyə bacılardan biri qeyd edib.