Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana minlərlə bu maşından gətirilir - Qiymətləri ucuzlaşacaq? - VİDEO

Azərbaycana minlərlə bu maşından gətirilir - Qiymətləri ucuzlaşacaq? - VİDEO

Tarix: 19 May 2023 12:14

Bu il avtomobil idxalının kəskin artması nəticəsində  Azərbaycana 433,15 milyon ABŞ dolları dəyərində maşın daxil olub.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yanvar-aprel ayı ərzində ölkəyə 29 855 avtomobil idxal olunub.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, bu, ölkədə ictimai nəqliyyatın inkişafının zəif olmasıyla əlaqədardır. Hər kəs şəxsi avtomobil almağa üstünlük verir.

"Xüsusilə hibrid avtomobillərinə maraq artıb."

Bildirildi ki, idxalının artması avtomobil qiymətlərinin ucuzlaşmasına səbəb olmayacaq.

"Çünki, maşın bazarında qiymət alverçilər tərəfindən tənzimlənir."

Yük daşımaq üçün iri nəqliyyat vasitələrinin idxalında da artım var. Çünki, işğaldan azad olunan ərazilərdə belə avtomobillərə tələbat çoxdur.

Ölkəyə gətirilən avtobusların sayında isə azalma var.

"Bu da dizel yanacağına qoyulan subsidiyanın götürülməsi ilə bağlıdır."

Ekspert deyir ki, ölkədə avtomobil idxalının artımı ilin sonunadək davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azərbaycana minlərlə maşından gətirilir Qiymətləri ucuzlaşacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ