Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 20 May 2023 17:02
İspaniya "Real Madrid"i baş məşqçisi Karlo Ançelottini istefaya göndərməyəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 64 yaşlı mütəxəssisin özü açıqlama verib.
İtaliyalı çalışdırıcı klub rəhbərliyinin ona zəmanət verdiyini bildirib: "Dünən Florentino Pereslə görüşdüm və o, mənə güvəndiyini bildirdi. İşimi dəstəkləyir. Bu layihəni birlikdə davam etdirəcəyik".
Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin iyununadək müqaviləsi var.
Milli.Az