Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 21:33
Bakı. Trend:
“Xərclərinizi gəlirə çevirin” şüarı ilə istifadəçilərin rəğbət və sevgisini qazanan Expressclub yarandığı gündən bu günədək müştərilərinə 400.000 AZN vəsait qazandırıb.
Expressbankdan Trend-ə verilən məlumata görə, bankın kartlarına sahib olaraq Expressclub-un üzvünə çevrilən hər kəs ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 30% - dək hissəsini karta geri alırlar. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Hətta müştərilər bu imkandan Expressclub tərəfdaşı olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində faydalana bilir.
Bank 1000-ə yaxın satış və xidmət məntəqələrində keçirilən kampaniya və aksiyalar haqqında, həmçinin endirim barədə ilk olaraq xəbər tutmaları üçün müştərilərə Expressclub mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app ) Həmçinin əlavə vasitəsi ilə müştərilər maksimum 90 gün ərzində nə qədər cashback qazandıqlarını da görə bilərlər. Qeyd edək ki, əlavəni yükləyən hər kəs kampaniya və endirim xəbərlərindən faydalana bilərlər. Bankın Expressclub üzvü olan hər kəsə təqdim etdiyi bütün imkanlardan faydalanmaq üçün isə sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olması kifayətdir. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə online sifariş etmək kifayətdir.
Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin