Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçularımız Sarayevoda 4 medal qazanıblar

Cüdoçularımız Sarayevoda 4 medal qazanıblar

Tarix: 21 May 2023 11:38

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib.

Avropa kuboku turnirinə bu gün yekun vurulacaq.


Etiketlər:  Cüdoçularımız Sarayevoda medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ