Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Planetin ən seksual aktyoru evlənir - FOTO

Planetin ən seksual aktyoru evlənir - FOTO

Tarix: 24 May 2023 10:15

Planetin ən seksual kişisi seçilən, "Qisasçılar" film seriyasının ulduzu, 41 yaşlı Hollivud aktyoru Kris Evans evlənir.

O, 25 yaşlı portuqaliyalı aktrisa Alba Baptista ilə ailə qurur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nikah mərasimi yay ayında, Evansın doğulduğu və ötən ildən sevgilisi ilə birlikdə yaşadığı ABŞ-nin Massaçusets ştatında baş tutacaq. Toyda yalnız cütlüyün ailəsi və yaxın dostları iştirak edəcəklər.

Qeyd edək ki, Kris Evansın Baptista ilə münasibətləri 2022-ci ilin noyabrında üzə çıxıb. Həmin vaxt aktyor bir ildən artıq idi ki, aktrisa ilə görüşüb, lakin bu barədə açıqlama verməyib.


Etiketlər:  Planetin seksual aktyoru evlənir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ