Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO)

“Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO)

Tarix: 23 Oktyabr 2019 11:48

Bakı. Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ilə ölkəmiz inkişaf edərək, sürətlə böyüyən iqtisadi resurslarla zənginləşir. Prezident sənaye sektorunun inkişafına xüsusi diqqət ayırır, paytaxt və regionlarda müasir sənaye müəssisələri, iri nəqliyyat infrastruktur layihələri reallaşdırılır.

Azərbaycan regionda böyük investisiya layihələrini həyata keçirən ölkələr sırasındadır. Respublikada həyata keçirilən genişmiqyaslı tikinti layihələrində “Qazax Sement Zavodu” MMC fəal iştirak edir, layihələri yüksək keyfiyyətli sement və betonla təmin edir.

“Qazax Sement Zavodu” MMC sement istehsalı və satışı sahəsində nailiyyətlər qazandığı kimi, 2019-cu ilin əvvəllərindən başlayaraq beton istehsalı sahəsinə də innovativ texnologiyaların tətbiqinə başlayıb, Respublikada həyata keçirilən iri inşaat layihələrinin fəal iştirakçısına çevrilib. Beton sahəsinə gətirdiyi yeniliklərdən biri də Azərbaycanda ilk dəfə olaraq Mobil Beton Laboratoriyanın istifadəyə verilməsi və Beton Leqo Blokların istehsalına başlaması olub.

Akkord Betonun 2019-cu ildə iştirak etdiyi nəhəng layihələrdən biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim" şirkəti tərəfindən inşa olunan Pirşağı Yol-Tunel Layihəsinin betonla təmin etməsi olub. Layihə dəmir yolu xəttinin altından yol-tunel xəttinin inşasını nəzərdə tutur. Layihə tələbi olaraq döşəmə betonu qısa müddətdə və fasiləsiz olaraq həyata keçirilməli idi. 18 oktyabr 2019-cu ildə başlanan betonlama işləri 21 oktyabr 2019-cu il tarixində uğurla tamamlanmışdır və Akkord Beton Azərbaycanda ilk dəfə olaraq 3 gün ərzində 8000 kubmetr tunel döşəmə betonunu fasiləsiz təmin edib. Betonun tikinti sahəsinə çatdırılması və vurulması işləri Akkord Betona məxsus xüsusi beton qarışdıran və beton vuran maşınlarla həyata keçirilib.

“Qazax Sement Zavodu” MMC sement, beton sahəsində bu və ya digər uğurları barədə inşaat şirkətləri və KİV-ni məlumatlandırmaq üçün 22-25 Oktyabr 2019-cu il tarixlərində Bakı Expo mərkəzdə keçirilən “Bakubuild 2019” İnşaat sərgisində iştirak edir. İnşaat sahəsinin vacib tədbirlərindən biri olan bu sərgidə Respublikada fəaliyyət göstərən aparıcı inşaat şirkətləri ilə yanaşı Sərgidə Avropa, Asiya və MDB ölkələrindən də 200-dək şirkət iştirak edir.

“Qazax Sement Zavodu” MMC xüsusi stendlə sərginin fəal iştirakçısı kimi çıxış edir və sərgi günləri ərzində qonaqlar və KİV nümayəndələrinə 2019-cu ilin uğurları, gələcək planlar və beton leqo blokların təqdimatını keçirməkdədir. Zavodun stendi sərginin ilk günlərindən müxtəlif dövlət qurumlarının, inşaat şirkətlərinin və KİV nümayəndələrinin böyük marağına səbəb olmuşdur, yeni tərəfdaşlarla işgüzar əlaqələr qurulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

“Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO) “Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO)


Etiketlər:  Qazax Sement Zavodu nəhəng beton layihəsini uğurla tamamlayıb FOTO


RƏYLƏR