Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2023 17:36
Türkiyənin Balıkesir vilayətinin Bandırma rayonunda sürücü 86 yaşlı qocaya ağır xəsarət yetirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Ahıl şəxs parklanma qaydalarını pozmuş nəqliyyat vasitəsinin fotosunu çəkərək sürücüyə öz etirazını bildirib.
Lakin sürücü yaşlı şəxsin etirazına çılğın reaksiya verərək sükan arxasından enib və onu itələyib.
Yıxılan yaşlı kişi huşunu itirib.
Xəsarət alan piyada ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirirlər.