Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2023 14:42
Baş ağrısı bir neçə saat və ya gün davam edə bilər. Bu səbəbdən gündəlik öhdəlikləri yerinə yetirmək çətinləşir. Hər zaman kimyəvi üsullara müraciət etmək isə asılılıq yarada bilər.
Sonxeber.net Axşam.az-a istinadən baş ağrısını sonlandıran qidaları təqdim edir.
1. Göyərtilər
Miqren xəstələrinin əksəriyyətində maqnezium səviyyəsi aşağıdır. Fol turşusu və B6 migren simptomlarını azaldır. Bu elementləri və digər iltihab əleyhinə antioksidanları ehtiva edən yaşıl göyətilər (ispanaq, kələm, brokoli)çatışmazlığı aradan qaldıraraq ağrıları azaldır.
2. Fındıq
Fındıq qan damarlarını rahatladaraq baş ağrısını sakitləşdirən maqnezium və E vitamini ilə zəngindir.
3. Yağlı balıqlar
Yağlı balıqların tərkibində miqren ağrılarını azaldan koenzim Q10, D vitamini, riboflavin (B2) də daxil olmaqla B vitamini var.
4. Meyvələr
Bəzi meyvələr maqnezium və kaliumla zəngindir. Tədqiqatlar kaliumun sinirlərin daha sağlam işləməsinə kömək edərək miqren ağrısını aradan qaldırmağa kömək edə biləcəyini göstərir. Banan kalium, maqnezium, B vitamini və baş ağrısını azaltmağa kömək edən kompleks karbohidratlarla zəngindir. Əgər baş ağrısı susuzluqdan qaynaqlanırsa, tərkibində su çox olan meyvələr baş ağrısı ilə mübarizədə sizə kömək olacaq.
5. Toxumlar
Küncüt, balqabaq, günəbaxan toxumunun tərkibində iltihabla mübarizə aparan omeqa-3 yağ turşuları var. Eyni zamanda qan damarlarının spazmlarının qarşısını almağa kömək edən əhəmiyyətli miqdarda maqnezium da ehtiva edir.
6. Taxıllı bitkilər
Arpa, qarabaşaq, bulqur, yulaf özündə karbohidratlar ehtiva edir və beyində qlikogen ehtiyatlarını artırmağa çalışır. Araşdırmalara görə, qadınlardakı dəmir çatışmazlığı ilə miqren arasında əlaqə var. Bu səbəbdən tərkibində E, B vitaminləri, dəmir, koenzim Q10, maqnezium və lif olan taxıllı bitkilər baş ağrılarını aradan qaldıra bilir.
7. Tərəvəzlər
Paxlalı bitkilər (mərcimək, lobya, noxud, noxud) qan şəkərinin səviyyəsini qoruyan zülal və lif, qan damarlarının daralmasını aradan qaldıran maqnezium və kalium ehtiva edir.
8. Acı bibər
Tərkibində beynin triqeminal sinir blokunu keyləşdirən və miqren ağrısını aradan qaldıran kapsaisin var. Bu da gərginliyi və digər baş ağrılarını aradan qaldıra bilər.
9. Kofein
Hər gün bir-iki fincan qəhvə baş ağrısını, xüsusən də kofein çatışmazlığından qaynaqlanan ağrıları aradan qaldırır. Qan damarlarını sıxaraq ağrıları azaldan kafein həddindən artıq qəbul edildikdə tam əksi reaksiya verə bilər.
10.Zəncəfil
Aparılan tibbi araşdırmalar zamanı zəncəfilin şiddətili baş ağrılarını əhəmiyyətli dərəcədə azaltdığı sübut olunub.