Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 14:12
Avropa Liqasının qrup mərhələsinin III turunda sabah “Qarabağ”la qarşılaşacaq APOEL ciddi itkiylə üzləşib.
Qol.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Tomas De Vinsenti zədə səbəbindən oyunu buraxacaq. Bu barədə Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos məlumat verib:
“De Vinsenti zədə səbəbindən iştirak ərizəsinə salınmadı. Baş məşqçi ən hazırlıqlı futbolçuları seçib”.
30 yaşlı futbolçu ÇL-in III təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündə APOEL-in ilk qolunu vurmuşdu. Argentinalı oyunçu penaltidən fərqlənmişdi.