Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 22:38
Rəcəb Tayyib Ərdoğan dünya lideridir.
Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadakı çıxışı zamanı deyib.
"Türkiyədə keçirilən seçkilərin nəticəsi 85 milyonun qələbəsidir. Bu zəfərdə qələbə çalan yalnız millətimizdir. Rəcəb Tayyib Ərdoğan dünya lideridir", - deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,07%-lə qələbə qazanıb.