Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serj Sarqsyanın sabiq mühafizə xidmətinin rəisi həbs edildi

Serj Sarqsyanın sabiq mühafizə xidmətinin rəisi həbs edildi

Tarix: 29 May 2023 11:30

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın sabiq mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.

Bildirilib ki, ona qarşı irəli sürülən ittiham hələ məlum deyil.

Qeyd edək ki, Vaçaqan Kazaryan 5 il öncə iyunun 25-də bankdan çıxarkən saxlanılıb. Onun əlindəki çemodandan 120 000 dollar və 436 000 000 dram tapılıb.

Eləcə də həmin zaman Vaçaqan Kazaryanın evində də axtarış aparılıb və 1 750 000 dollar aşkarlanıb.

Milli.Az


Etiketlər:  Serj Sarqsyanın sabiq mühafizə xidmətinin rəisi həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ