Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2023 13:42
Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Qərbi son qırmızı xətti keçməməsi üçün onu cilovlamaq məqsədilə atılan məcburi addımdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Belarusun Təhlükəsizlik Şurasının katibi general-leytenant Aleksandr Volfoviç deyib.
O bildirib ki, hazırda Belarusa sərhəd ölkələrin - ilk növbədə Polşanın ərazisində baş verənlər hücumçu silahlı dəstənin formalaşmasından xəbər verir:
"Hərbi planda strateji çəkindirmə elementlərindən biri, əlbəttə ki, nüvə silahıdır. Qərb sadəcə olaraq Belarusa başqa yol buraxmadı".