Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 16:15
Müğənni Əflatun Qubadov "Həmin Zaur" verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni "Anam" mahnısını ifa etdikdən sonra göz yaşlarını saxlaya bilməyib.
"Atamı da, anamı da çox sevirdim. Bu barədə çox danışmayaq. Fərq etmir, anaların yaşı olmur, 2 aydır, 10 aydır, 10 ildir. Ana anadır. 100 yaşı olsa da, 1000 yaşı olsa da" deyə, Əflatun bildirib.
Efirdə qonaq olan müğənni Nazənin Salayeva da anasını xatırlayaraq kövrəlib.
Qeyd edək ki, ifaçının anası ötən ilin dekabrında dünyasını dəyişib.